Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Lent.az xəbər verir ki, matəmlə bağlı Dövlət Bayraq Meydanında və digər rəsmi yerlərin önündə bayraqlar endirilib.