DİQQƏT:  Bakının bu küçəsi bağlanır
04 iyul 2024 06:26 (UTC +04:00)

DİQQƏT: Bakının bu küçəsi bağlanır

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 4 iyul saat 07:00-dan 5 iyul saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Lent.az AYNA-ya istinadən xəbər verir ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Oxşar yazılar