COVID aşkarlanan məktəblərlə bağlı YENİ XƏBƏR
10 noyabr 2021 10:07 (UTC +04:00)

COVID aşkarlanan məktəblərlə bağlı YENİ XƏBƏR

Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Belə ki, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800

Oxşar yazılar