”Evimiz dağılıb, canımız sağ olsun, Vətənimiz sağ olsun. Erməniləri yerində oturdaq, Allah qoysa Prezidentmizin canını sağ eləsin, bizə bundan da gözəl evlər tikəcək”.
Dağılan evinin kəndarında, uçmuş divarın qalıqları arasında oturub üzünü mərmi atılan tərəfə tutur, Həsən. Amma üzündə ani də olsa nə qorxu, nə narahatlıq, nə də bir həyəcan hiss olunur.
“Evlərimz dağılıb, müharibədir, olur belə şeylər. Amma heç hara gedəsi deyilik. Burdayıq. Qayıdacığq onsuz da bir azdan”.
***
Tərtərdəyik. Ermənilər durmadan bu qəhrəman şəhəri atəş altında saxlayır. Özü də dinc sakinləri hədəfə alırlar. Kəndələrə, şəhər mərkəzinə atılan mərmilər neç-neçə insannı həyatına son qoyub. Onlarla yaralı var. Rayonun infrastrukturuna ciddi ziyan dəyib. Amma insanlar zərrə qədər də ruhdan düşmürlər.
***
Düşmən haranı gəldi, necə gəldi vurur. Mülki evlər, mülki obyektlər, inzibati binalar, məktəblər, uşaq bacçaları, xəstəxanlar intensiv atəş altında.
Tərtərdə yaşananları təsəvvürünüzdə canlatmaq üçün bircə fakt: Təkcə oktyabrın 2-də düşmənbu rayona 2 min mərmi atıb. Rayon üzrə 11 məktəbə, 3 uşaq bağçasına, 200-dən çox yaşayış evlərinə, rayon məhkəməsinə, bir çox mülki obyektlərə və daha bir neçə inzibati binaya ziyan dəyib. Ermənilərin atdığı top mərmiləri nəticəsində bir neçə kafe və restoran dağılıb.
Düşmən öz həyətanı sahəsində çalışanlara belə aman vermir. Qapanlı kənd sakini olan Pərviz və Vasif Quliyev qardaşları həyətyanı sahələrində heyvanlara su verərkən yaxınlıqlarına mərmi düşüb və qəlpə xəsarətləri alıblar. Hazırda xəstəxanada müalicə olunurlar. Rayon mərkəzində sakinlərin sərbəst gəzməsi olduqca təhlükəlidir, partlayış səsləri bir-birini əvəzləyir.
“Onlar Ordumuzla bacarmırlar, çox qıcıqdırlar. Ona görə də dinc sakinləri nişana alıblar. Bizi qorxutmaq istəyirlər. Bu dağıntılar da yığışdırılacaq. Bundan da gözəl evlər tikiləcək. Əsas odur- Azərbaycan əsgəri erməniləri gəldikləri yerə kimi qovur”.
Bunu isə İsmayıl deyir.
***
Vəzir Orucuov. Azərbaycanın Milli Qəhrəmanı. Məşhur rusiyalı jurnalist Aleksandr Nevzorov Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında belə bir fikir səsləndirmişdi:
“Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi”.
Hə, ermənilərə qan udduran Vəzirin büstündən belə çəkinir indi düşmən. Bir qədər əvvəl düşmənin atdığı top mərmilərindən bir neçəsi mülki evlər və inzibati binalarla yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun Tərtər şəhərində yerləşən Veteranlar bağındakı büstünün üzərinə düşüb. Nəticədə büstə ziyan dəyib.
“Qarabağ”, “Qarabağ”, “Qarabağ”. 10-12 yaşlı uşaqlardı. Tərtər-Bərdə yolunun kənarında dayanıb əllərində bayraq hayqırırlar. Keçib-gələn hərbçiləri, yardım daşıyan maşınları salamlayırlar. Yardımdan söz düşmüşkən, Azəraycanın hər yerindən - adi insanlardan tutmuş şirkətlərə qədər hamı cəbhəyə əlindən gələni göndərir. Bir dostumuz deyir ki, Bərdə xəstəxanasında- bayxmayaraq ki, dövlət ərzaq və dərman ləvazimatları ilə oranı tam təmin edib - az qala hər yaraylıya ürəkləri istədikləri yeməyi belə bişirib gətirilər. Bu işə adi insanlardan tutmuş, bütün kafe və restoranlar belə qoşulub.
- Sabah siqaret göndərəcəyik, Bərdədə qarşıla. Bunu dostumuz Anara zəng edib deyirlər Bakıdan.
- Vallah lazım deyil. Bura göndərilən siqaret bir orduya bir il bəs edər.
Deyəsən, dəstəyin o başında narazı qalırlar.
- İnan yardım qarşılyaıb aparmaqdan vaxt çatdırammıram. İnsan axın-axın gəlir. Deyirəm qardaş, vallah hər şey boldu. Çoxu da inciyir. Allah bu milləti, bu əsgəri qorusun. Allah prezidentimizi qorusun. Bu xalqı məğlub etmək mümkün olmayacaq.
***
Tərtər mənə həmişə Brest qalasını xatırladır. Alman faşistlərinin hücumunu öz üzərinə ilk götürən qəhrəman Brest qalası. Hardasa paralellər də aparmaq olar. Baxın, o vaxt almanlar Bresti, indi də ermənilər dinc əhali yuxuda olanda Tərtəri bombalamağa başladı. Tərtər durdu, bir addam da çəkilmədi. Brest qalası- bəlkə də müqayisə düzgün deyil-cəmi 6 gün dayana bildi. Tərtər, qəhrəman Tərtər isə 28 ildi düşmən qarşısında dik dayanıb. Düz, 28 ildi…