Bu qidalar  qadınlar üçün   zərərlidir:  GİNEKOLOQ AÇIQLADI
30 noyabr 2023 17:45 (UTC +04:00)

Bu qidalar qadınlar üçün zərərlidir: GİNEKOLOQ AÇIQLADI

Ginekoloq İdiliya Orfanova qadınların sağlamlığına zərərli olan məhsulları açıqlayıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, marqarin və bal qadınların sağlamlığına mənfi təsir göstərir.

Onun sözlərinə görə, marqarin, hazır əriştə və bal qadınlarda xərçəng, diabet və hormonal balanssızlıq riskini artırır:

“Qadınlar bu məhsulların zərərli təsirlərinə daha çox həssasdırlar, çünki onların orqanizmində yağ sintezi prosesləri onların parçalanması proseslərindən üstündür.

Qadınların 2-ci tip şəkər xəstəliyinə tutulma riski kişilərə nisbətən daha yüksəkdir. Ona görə də ağ çörək, bulka, şirin yeməklər və hətta bal qəbul edərkən diqqətli olmaq lazımdır.

Balın tərkibində bor var ki, bu da qadın hormonlarının səviyyəsini azaldır və kişi hormonlarının istehsalını artırır. Qadınlar üçün digər zərərli məhsul isə bütün bədən sistemlərini məhv edən, hormonal səviyyələrə təsir edən və qocalmanı sürətləndirən spirtdir”.

# 2049
avatar

Arzu Qurbanlı

Oxşar yazılar