Paytaxtda koronavirusa görə bağlanan 20 nömrəli məktəb-liseydə əyani tədris bərpa olunub.
Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, 20 nömrəli məktəb-lisey üçün müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.
Qeyd edək ki, 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçib.
Oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı.