Bu il Azərbaycanda Həcc ziyarətinə 6 milyondan çox PUL XƏRCLƏNƏCƏK
07 iyun 2022 17:18 (UTC +04:00)

Bu il Azərbaycanda Həcc ziyarətinə 6 milyondan çox PUL XƏRCLƏNƏCƏK

Azərbaycanda Həcc ziyarətinə qeydiyyat başa çatıb. 

Lent.az xəbər verir ki, bu il Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Lent.az-a bildirib ki, 680 nəfərlik bütün yerlər dolub. 

Bu da o deməkdir ki, bu il Azərbaycandan gedən zəvvarlar ümumilikdə  Həcc ziyarətinə altı milyon yüz doxsan iki min səksən (6192080) manat xərcləyəcəklər.

# 3048
avatar

Aytəkin Cəlali

Oxşar yazılar