"Yaxın iki həftə ərzində çimərliklərdə aparılan monitorinqlərin ilkin nəticələrinin açıqlanması planlaşdırılır".
Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, hazırda çirklənməyə məruz qaldığından Qaradağ rayonundakı Sahil, Səbail rayonundakı Şıx, Suraxanı rayonundakı Hövsan, Xəzər rayonundakı Türkan çimərliyində insanların çimməsinə müvəqqəti qadağa qoyulub.