Belarusdan gətirilən "Kənd toyuğu" ilə bağlı  XƏBƏRDARLIQ
08 iyun 2022 11:16 (UTC +04:00)

Belarusdan gətirilən "Kənd toyuğu" ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) aşağı qiymətə satılan toyuqlarla bağlı vətəndaşlara müraciət edib. 

Lent.az xəbər verir ki, müraciətdə bildirilir:

Xatırladaq ki, bu toyuqlar ölkəmizə Belarusdan idxal olunaraq pərakəndə ticarət
nöqtələrində çox aşağı qiymətə - 1 kiloqramı 3-3,5 manata təklif olunur. Adətən,
onların üzərində “Belarus kənd toyuğu” və eyni zamanda 2-ci növ olduğu qeyd
edilir. “Kənd toyuğu” ifadəsi Azərbaycanda ən keyfiyətli toyuq ətinin nişanəsi
sayılır – bunu ölkədə bilməyən yoxdur. Bu halda sual yaranır: “Kənd toyuğu” hara,
2-ci növ ət hara?

Sualın cavabı çox aydındır: Belarusdan gətirilən bu toyuqlar yumurtadan kəsilmiş
ana toyuqlardır. Onların ətinin qida dəyəri çox aşağı olduğuna görə istehsalçı
üzərində “2-ci növ” qeydini yazır. İşbazlar isə bu qeydi diqqətdən yayındırmaq
üçün iri hərflərlə “Belarus kənd toyuğu” ifadəsini vururlar. Ölkə qanunvericiliyinə zidd olaraq toyuqlar Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilib, Azərbaycanda təzədən qablaşdırılır.

Azərbaycanda satılan toyuqların istehsalçısı Belarusun “Soliqorsk” Fabriki, Minsk
Birinci Toyuq Kombinatı, “Skildelskiy” broyler fabrikləridir. Minsk Birinci
Toyuq Kombinatı sırf süfrə yumurtası istehsal edir, ətlik müəssisə deyil. Onların
İnternet saytında təqdim etdikləri məhsulların siyahısına baxmaqla da bunu
müəyyən etmək olur(http://1mpf.by/prodayom ).

Lakin Azərbaycanda satılan toyuq ətinin bir qisminin üzərində istehsalçı şirkət kimi həmin müəssisənin adı qeyd olunur. Bu isə o deməkdir ki, satılan ana toyuqların ətidir.

Digər tərəfdən, Azərbaycanda satılan Belarus toyuqlarının üzərində saxlama
müddəti olaraq 12 ay qeyd edilir. Halbuk istehsalçı şirkətlər bu müddəti cəmi 4 ay
müəyyən ediblər – sübut üçün linkləri təqdim edirik:

https://molodeckie.by/index.php/ru/pages/prajs-list ,

(http://www.ghp.by/ru/production/

Bu faktlar onu göstərir ki, bir qrup işbaz istehlakçılara bilərəkdən yalan məlumat
verir, eyni zamanda məhsulun saxlama müddətini saxtalaşdırırlar.

Hazırda da bir sıra marketlərdə, bazarlarda Belarus toyuqlarının satışı davam edir.
Ona görə də ölkə vətəndaşlarını diqqətli olmağa, qiymət ucuzluğuna aldanaraq
aşağı keyfiyyətli məhsulla qidalanmamağa çağırırıq.
 

# 3543
avatar

Aytəkin Cəlali

Oxşar yazılar