Bayram günləri avtobusların İŞ QRAFİKİ
30 dekabr 2020 12:04 (UTC +04:00)

Bayram günləri avtobusların İŞ QRAFİKİ

Yeni il tətili günlərində yanvarın 2-si gecə saat 00:00-dan yanvarın 4-ü səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. 

Lent.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dekabrın 31-i 2020-ci il, eləcə də yanvarın 1 və 4-də müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərin xidmətində olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvaradək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3557

Oxşar yazılar