Baş prokurordan YENİ TƏYİNATLAR:  Vahid Əhmədovun oğlunun yerinə o gətirildi
11 iyul 2024 14:52 (UTC +04:00)

Baş prokurordan YENİ TƏYİNATLAR: Vahid Əhmədovun oğlunun yerinə o gətirildi

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Qaradağ rayon prokuroru Zəfər Əhmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

Z.Əhmədov deputat Vahid Əhmədovun oğludur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar