Bakının xəstəlik yayan çimərlikləri -  SİYAHI
16 iyun 2021 15:36 (UTC +04:00)

Bakının xəstəlik yayan çimərlikləri - SİYAHI

"Dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olub-olmaması vacibdir.".

Lent.az məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, bağırsaq çöplərinin normadan kənar olması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər:

"Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 000-dir. Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çimərliklərindən götürülən bakteoroloji nümunələr standartlara uyğun gəlməyib. Bu səbəbdən də çimərliklərdən istifadə qadağan olunub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar