Paytaxtdakı 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant formada davam edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, məktəbin 25 şagird və dörd müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.