Bakının bu magistralında hərəkət məhdudlaşır
18 yanvar 2023 10:55 (UTC +04:00)

Bakının bu magistralında hərəkət məhdudlaşır

Bakının Xətai rayonu Zığ dairəsində hərəkət qismən məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudlaşma dairənin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədardır.

Bu səbəblə 18 yanvar saat 22:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

AAYDA sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini xahiş edir.

# 1758
avatar

Oxşar yazılar