Bakıda yeni marşrut xətti: gediş haqqı 40 qəpik olacaq   - RƏSMİ
29 may 2021 12:03 (UTC +04:00)

Bakıda yeni marşrut xətti: gediş haqqı 40 qəpik olacaq - RƏSMİ

Binə Atçılıq yaşayış massivini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib. 

“General Auto Company” şirkətinin istismarında olan marşrut xətti mayın 31-dən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcəkdir. Marşrut xətti üzrə gediş haqqı 0.40 AZN təşkil edəcək. 

Yeni marşrut xəttinin təşkili ilə 14000 nəfərdən artıq əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq. 

Qeyd edək ki, ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7389
avatar

Mehman Nəbiyev

Oxşar yazılar