Bakıda kəskin tıxac
25 may 2021 16:42 (UTC +04:00)

Bakıda kəskin tıxac

Bakıda tıxac QALMAQALI: "Əvvəl 5 zolaq idi, indi 2 zolaq qalıb"

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün paytaxt küçələrində tıxacın yaranmasına aydınlıq gətirib.  

İdarənin şöbə rəisi Vaqif Əsədov Lent.az-a açıqlamasında bildirib ki, yolların təhlükəsizliyinin təmin edilməsi yol polisinin funksional vəzifəsidir.

Onun sözlərinə görə, paytaxt yollarında hərəkət istiqamətlərindəki dəyişiklik barədə əvvəlcədən media vasitəsilə ictimaiyyətə məlumat verilməlidir:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov

“Hazırda Bakıda Formula-1 Təşkilat Komitəsi tərəfindən hazırlıq işləri görülür. Bakı Şəhər Halqasına daxil olan küçə və prospektlərdə hərəkət zolaqlarının sayı azalıb. Məsələn, mərkəzi küçələrdən olan Üzeyir Hacıbəyov küçəsində əvvəl 5 zolaq var idisə, indi 2 zolaq qalıb. Hansı yolların bağlı olacağı barədə DYP-yə məlumat veriləndən sonra biz də həmin yolları bağlayacağıq. Hələlik hər hansı yolun bağlanması ilə bağlı bizə müraciət daxil olmayıb”. Şöbə rəisi həmçinin mərkəzi küçələrə doğru hərəkət edən sürücülərə də müraciət edib: “Xahiş edirik, mərkəzi küçələrdən keçərək, Bayıl, “20-ci sahə” və ya rayonlara gedənlər Ziya Bünyadov prospektindən istifadə etsinlər. Həmçinin Üzeyir Hacıbəyov, Zərifə Əliyeva və digər mərkəzi küçələr istiqamətində gedənlər də Rəşid Behbudov küçəsi ilə hərəkət etsinlər. Sürücülərdən şəhərin mərkəzi istiqamətinə doğru şəxsi avtomobillərdən az istifadə etmələri xahiş olunur”.  

Bakı Nəqliyyat Agentliyi də bu gün paytaxt küçələrində yaşanan problemin onlardan asılı olmadığını açıqlayıb.

Agentlikdən Lent.az-a verilən məlumata görə, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib. Belə ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb. Bu səbəbdən də səhər saatlarından Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb: “Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

Mehman Nəbiyev

Oxşar yazılar