Bakıda  tarixi binanın damında   mansard tikiləməsinin qarşısı alındı
02 iyul 2022 11:40 (UTC +04:00)

Bakıda tarixi binanın damında mansard tikiləməsinin qarşısı alındı

Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş və tarixi memarlıq abidəsi olan binanın dam örtüyündə həmin binanın sahibinin mansard inşa etdiyi müəyyən edilib.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, icra hakimiyyətinin strukturları dərhal müvafiq tədbirlər görüb.

Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu sahibkarın diqqətinə çatdırılıb. İcra hakimiyyətinin Kommunal Təsərrüfat Birliyinin nümayəndələri qanunsuz mansardın sökülməsini təmin ediblər və hazırda sahibkar tərəfindən həmin qanunsuz tikili sökülür. Ərazi nəzarətə götürülüb.

Sahibkara ciddi xəbərdarlıq edilib. Bir daha həmin sahibkarın diqqətinə çatdırılıb ki, tarixi binada hər hansı tikinti işlərinin aparılması yolverilməzdir.

# 1329
avatar

Oxşar yazılar