Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb.
Bakı şəhər Təhsil İdarəsindən Lent.az-a verilən xəbərə görə, koronavurusa yoluxan müəllim və şagirdlərin çoxluğuna görə Məktəb-Lisey Kompleksində noyabrın 12-dən dərslərin iki həftə ərzində distant keçirilməsi qərara alınıb.
Bundan başqa, Bakı şəhəri 185 nömrəli tam orta məktəbdə də müəllimlər və şagirdlər arasında koronovirusa yoluxma halları aşkarlanıb. Həmin məktəb də bu gündən distant təhsilə keçib.
Məktəbdən Lent.az-a faktı təsdiqləyiblər.