Bakıda 70-dən çox avtobus tıxacda qaldı -  SİYAHI
19 avqust 2022 09:28 (UTC +04:00)

Bakıda 70-dən çox avtobus tıxacda qaldı - SİYAHI

Bakının bir sıra küçə və prospektlərində hazırda sıxlıq müşahidə olunur.

Lent.az xəbər verir ki, Vahid Dispetçer Xidmətinin bu gün səhər  pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 29 müntəzəm marşrut xətti üzrə 71 avtobusun hərəkət intervalında gecikmələr var.

1. Binəqədi şossesi – Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 9-15 dəqiqə gecikmə müşahidə olunur.

2. Bakı-Sumqayıt şosesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi  istiqamətində 2, 7A, 13, 14, 18, 29,  67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 saylı marşrut xətlərindəki   avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.

3. Zabrat şosesi-şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur

4. Tbilisi prospekti – şəhər istiqamətində 2,37, 65 və 79 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda  12-14  dəqiqə gecikmə müşahidə olunur.

# 1857
avatar

Mehman Nəbiyev

Oxşar yazılar