Bakıda 35 avtobus TIXACDA  qalıb
20 iyun 2022 10:22 (UTC +04:00)

Bakıda 35 avtobus TIXACDA qalıb

Bu səhər pik saatlarda Bakının Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər əsas və kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.

Bakı şəhər İcra Hakimiyyəti başçısı yanında Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, həmin ərazidən keçən 2, 7A, 13, 18, 14, 37, 65, 67, 83, 92, 119, 135 və 199 saylı marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələr müşahidə olunur. Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, qeyd olunan marşrut xətləri üzrə, ümumilikdə, 15-20 avtobus 18-22 dəqiqə gecikmə ilə hərəkət edirlər.

A.Puşkin küçəsində, Muğan bağının qarşısından Ü.Hacıbəyov küçəsi ilə kəsişməyə qədər müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 1, 4, 5, 46, 125 və 175 saylı marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında 15-16 dəqiqə gecikmə müşahidə olunur. 13-15 ədəd avtobus sıxlıqda qalıb.

# 1299
avatar

Oxşar yazılar