Bakı yollarında hərəkət İFLİC OLDU  - SİYAHI
19 sentyabr 2022 09:23 (UTC +04:00)

Bakı yollarında hərəkət İFLİC OLDU - SİYAHI

Məktəblərin açılması ilə paytaxt küçələrində həddən çox sıxlıq müşahidə olunur. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
5. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;
6. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində;
14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
15. Mikayl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
16. 20 Yanvar dairəsində;
17. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.

# 2583
avatar

Fidan İlqar

Oxşar yazılar