“Ürək-damar xəstələri koronavirusa yoluxanda xəstəliyin gedişi ağır olur".
Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev deyib. O bildirib ki, ancaq sözügedən şəxslər ümumilikdə risk altında deyillər:
"Koronavirusdan sadə yollarla qorunmaq mümkündür. Əlləri yumaq, maska taxmaq və s. Profilaktik dərman istifadəsi lazım deyil. Bəzən xəstələr lazımsız yerə müxtəlif qrup vitaminlər qəbul edirlər. Çox miqdarda B qrup vitaminin alınması gələcəkdə onkoloji xəstəliklərə səbəb ola bilər".