AZƏRBAYCANDA ZƏHƏRLƏNMƏ:  Ata öldü, qızı reanimasiyadadır...
15 noyabr 2021 11:16 (UTC +04:00)

AZƏRBAYCANDA ZƏHƏRLƏNMƏ: Ata öldü, qızı reanimasiyadadır...

Ötən gün Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub.

“Kliniki Tibbi Mərkəz”dən Lent.az-a verilən məlumata görə, pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub.

Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır.

Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4610

Oxşar yazılar