Azərbaycanda son sutkada koronavirusdan  ölənlərin SAYI
02 dekabr 2022 23:43 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirusdan ölənlərin SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 189 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.

Ölkədə son sutka ərzində 1 566, hazırkı dövrədək isə 7 378 848 test aparılıb.

# 2859
avatar

Oxşar yazılar