Azərbaycanda  evdən qaçan   uşaqlı qadın ƏRƏ GETDİ
24 noyabr 2022 17:00 (UTC +04:00)

Azərbaycanda evdən qaçan uşaqlı qadın ƏRƏ GETDİ

Ağdamda 5 yaşlı övladı ilə birgə itkin düşdüyü bildirilən 25 yaşlı qadın ailə həyatı qurmaq üçün evdən gedib.

Lent.az bildirir ki, bu barədə APA-ya polis vasitəsilə axtarışa verilən Təhminə Ağayeva özü məlumat verib.

Təhminə Ağayevanın sözlərinə görə, onun evdən getməsindən ailəsi məlumatlıdır: “İki il əvvəl birinci həyat yoldaşımdan ayrılmışam. 5-6 gün əvvəl isə yeni münasibət qurduğum şəxslə birgə evdən çıxmışam. Atamın, qardaşımın da bundan xəbəri var. Mən itkin deyiləm, hazırda sevdiyim şəxslə birgə xoşbəxt ailə həyatı yaşayıram”.

Qeyd edək ki, Ağdam rayonu, Mirəşelli kənd sakini, 25 yaşlı  Təhminə Ağayevanın 5 yaşlı qızı ilə birgə itkin düşməsi barədə polisə məlumat daxil olmuşdu.

# 3459
avatar

Oxşar yazılar