Azərbaycanda bu rəng maşınları alan yoxdur  - ən çox satılanlar hansıdır? - ARAŞDIRMA
06 iyun 2024 17:40 (UTC +04:00)

Azərbaycanda bu rəng maşınları alan yoxdur - ən çox satılanlar hansıdır? - ARAŞDIRMA

Avtomobil almaq əksəriyyətin arzusudur. Xüsusən də, onun istədiyin rəngdə olması.

Rəng məsələsi alıcıların diqqət yetirdiyi əsas nüanslardan biridir. Bazarda hətta bəzi rənglərə yaxın duran da olmur. Azərbaycanda hansı avtomobil rənglərinin daha çox tələbatlı olması, rəngin qiymətə təsiri və s. maraqlı məlumatları təqdim edirik.

Avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov Lent.az-a açıqlamasında sürücülərin sevimli rənglərini sadalayıb. O həmçinin rənglərin qiymətə də təsir etdiyini dilə gətirib:

“Hündür maşınlarda, məsələn “Kia Sorento”, “Hyundai Santa Fe” kimi modellərdə alıcılar daha çox ağ və qara üstünlük verirlər. Ciplərdə satışı ən zəif, ağır gedən rəng gümüşüdür. “Hyundai”, “Kia” və s. Koreya istehsalı olan maşınlarda da ən çox tələb olunan və satılan rənglər, ağ, qara, eləcə də göydür. Bunlar arasında isə satılmayan tünd albalı və qırmızı rənglərdir. Onlar çox çətin satılır. Deyirdilər bu rəngləri qadınlar çox sevir, amma heç qadınlar da onları bəyənmir. Səbəbi də budur ki, gələcəkdə həmin rəng maşınları sata bilməyəcəklər.

Rənglər qiymətə də əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, 2014-cü il “Hyundai Elantra”nın 19 min manata qırmızısıdır, 2000-2500 manat yuxarı qiymətə isə başqa rənglərdir.

Sovet maşınlarında isə əksinədir. Rahat və baha satılan rəng qırmızıdır. Alman maşınlarında da ağ və ən əsas gümüşü rəng rahat satılır. Alıcılar “Mercedes”lərdə ən çox gümüşü rəngə üstünlük verirlər. Ağ rəng də bahadır. Digərlərindən 1000-1500 manat fərq edir. Bir sözlə rəng tələbatda, satışda və qiymətdə öz sözünü deyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10056
avatar

Mehman Nəbiyev

Oxşar yazılar