"Oktyabr ayının 1-dən bu günədək Toksikologiya şöbəsinə dəm qazından zəhərlənən 16 nəfər müraciət edib".
“Kliniki Tibbi Mərkəz”in İctimaiyyətlə əlaqələr bölməsindən Lent.az-a verilən məlumata görə, onların arasında ölən olmayıb:
“Meşə göbələyindən zəhərlənən 18 nəfər, ilan sancmasından 1 nəfər, allergiya səbəbindən 2 nəfər, dərman zəhərlənməsindən 31 nəfər şöbəyə müraciət edib.
Zəhərlənən uşaqların sayı ümumilikdə 12 nəfər olub. Onlardan da 2-si meşə göbələyindən zəhərlənib və dünyasını dəyişib. Zəhərlənən digər 10 uşaq isə tibbi müdaxilədən sonra evə buraxılıb”