Azərbaycana yenə peyvənd gətirildi
04 aprel 2021 09:47 (UTC +04:00)

Azərbaycana yenə peyvənd gətirildi

Azərbaycana COVAX platforması çərçivəsində yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd göndərilib.

APA-nın məlumatına görə, peyvənd yüklü təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Qeyd edək ki, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşdə bildirib ki, ilkin mərhələdə Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 peyvənd dərman vasitəsi (“Vaxzevria”) Azərbaycana göndəriləcək. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” peyvəndləri ayrılacaq.

Qeyd edək ki, ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 peyvənd dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5841
avatar

Oxşar yazılar