Azərbaycan IV dalğanın ASTANASINDA : "Delta plus" daha çox öldürücüdür"
30 iyun 2021 11:55 (UTC +04:00)

Azərbaycan IV dalğanın ASTANASINDA: "Delta plus" daha çox öldürücüdür"

“Dünyada “Delta” ştammı yaz aylarından mövcud idi”.

Bu sözləri Lent.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda isə “Delta plus” ştammı sürətlə yayılmaqda davam edir:

tibb elmləri doktoru, professor Adil Qeybulla

“Koronavirusun “Delta plus” ştammının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətlidir. Alimlər və tədqiqatçılar sözügedən ştammı yeni növ pandemiyanın başlanğıcı və qorxulu dördüncü dalğanın başlanğıcı hesab edirlər”.

Professor qeyd edib ki, “Delta plus”un əsas özəlliyi ondan ibarətdir ki, səthdə olan tikanlı S zülalında xeyli dəyişikliklər olub:

“Burada virusun çox asanlıqla hüceyrə daxilinə keçməsi mümkün olur və istifadə edilən peyvəndlər, insanlarda olan güclü immunitet “Delta plus”dan qorunmağa tam kifayət edə bilmir.

Alimlər yenə də hesab edirlər ki, immuniteti güclü olan şəxslər sözügedən virusu nisbətən yüngül keçirəcəklər. Buna baxmayaraq isə biz arxayın olmamalı və yeni sürprizlərə hazır olmalıyıq”.

A.Qeybulla hesab edir ki, “Delta plus” ştammının yayılması yeni növ ciddi dalğaya səbəb olma ehtimalı yüksəkdir:

“Adıçəkilən ştamm çox yoluxucudur və öldürücülük qabiliyyəti də yüksəkdir.

Koronavirus infeksiyası yayılanda uşaqların xəstəliyi əlamətsiz keçirmələrini bildirirdik, indi uşaqlarla bağlı vəziyyət gərgindir. “Delta plus” uşaqlara təsirsiz ötüşmür və onların əsasən mədə-bağırsaq sistemlərində ciddi problemlərə gətirib çıxara bilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15198
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar