Gənclər və idman naziri Azad Rəhimov
28 aprel 2021 13:57 (UTC +04:00)

Gənclər və idman naziri Azad Rəhimov

Azad Rəhimov süni tənəffüs aparatına qoşulub - BAKIYA GƏTİRİLİR

Azad Rəhimov süni tənəffüs aparatına qoşulub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, nazir hazırda koma vəziyyətindədir. Həkimlərin ümidi azaldığı üçün Azad Rəhimovu Azərbaycana gətirməyə qərar veriblər.

Süni tənəffüs aparatına qoşulan nazir yaxın vaxtlarda xüsusi təyyarə ilə Bakıya gətiriləcək.

***

saat 13:41

Gənclər və İdman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Nazirlikdən Lent.az –a verilən məlumata görə nazirin vəziyyəti ağırdı. O, Amerikada qaraciyər serrozundan müalicə olunur. 

Səmayə Məmmədova həmçinin qeyd edib ki, Azad Rəhimovun vəfat xəbəri doğru deyil. 

Qeyd edək ki, bu gün Azad Rəhimovun vəfat etməsi barədə mediada məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17448
avatar

Nigar Adil

Oxşar yazılar