Asqıranda niyə “sağlam ol” deyilir? - Belə yaranıb
19 noyabr 2022 16:08 (UTC +04:00)

Asqıranda niyə “sağlam ol” deyilir? - Belə yaranıb

Demək olar ki, dünyanın bütün xalqları asqıran adama “sağlam ol” mənasına yaxın bir ifadə ilə reaksiya verirlər. Görəsən niyə? Lent.az “Belə yaranıb” rubrikasında təqdim edir.

Həkimlərin rəyinə görə asqırmaq həyatda qalmağımız üçün yaranmış ən qədim reflekslərimizdən biridir. Sağlam adamlar gün ərzində 4 dəfə asqıqırlar. Asqırmağa səbəb olan bir sıra amillər var. Allergiyalar, işıq, xəstəliklər, yüngül materiallarla buruna toxunmaq və s.

Hippokrata görə asqırmaq orqanizmin yad cisimlərə qarşı yaratdığı müdafiə mexanizmidir.

Mütəxəssislər deyirlər ki, insan asqıran zaman bütün orqanlar, o cümlədən ürək öz işini bir anlıq dayandırır. Amerikalılar və ingilislər qarşılarındakı adam asqırarkən ona “bless you” deyirlər. Bu bir növ duadır, ”Tanrı qorusun” mənasını verir.

Almanlar isə "gesundheit" deyərək qarşılarındakına sağlam həyat diləyirlər. İtalyanlar asqırdıqdan sonra "felicita" ( xoşbəxtlik), ruslar “bud zdarov” (sağlam ol), türklər “çok yaşa” deyirlər. Ərəblər asqırdıqdan sonra Allaha şükr edir, dayanan orqanizmin yenidən işə düşdüyünə görə sevinirlər.

Bəs niyə asqırmaq ölüm təhdidi kimi görünürmüş?

Orta əsrlərdə Avropa müxtəlif qorxunc xəstəliklərin epidemiyası ilə “boğuşurdu”. 14-cü əsrdə yayılmış vəba epidemiyası isə miqyasına görə bütün epidemiyaları üstələdi. Vəba insanların tez-tez asqırmasına səbəb olurmuş. Ona görə Papa VI Georgi bir fərman imzaladı. Bildirildi ki, xristian olan hər kəs asqırdıqdan sonra “Tanrı sizi qorusun", “Tanrı mənə yardım etsin” dualarını oxumalıdır. Yəni, tibbin çarə tapa bilmədiyi bəladan dua ilə qorunmaq istəyirdilər.

Başqa xalqların dilində işlədilən “sağlam ol” ifadəsi də məhz bu qorxunc xəstəlik tarixinə dayanaraq yaranıb.

# 2742
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Yanvar Avropada tarixdə  ən isti   aylardan biri olub

Yanvar Avropada tarixdə ən isti aylardan biri olub

9 fevral 2023 , 01:13
Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO  - VİDEO

Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO - VİDEO

8 fevral 2023 , 22:28
FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO  - VİDEO

FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO - VİDEO

8 fevral 2023 , 21:49
Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

8 fevral 2023 , 18:58
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

8 fevral 2023 , 18:45
Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

8 fevral 2023 , 18:27
Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

8 fevral 2023 , 17:55
XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq

XƏBƏRDARLIQ: Hava şaxtalı olacaq, yollar buz bağlayacaq

8 fevral 2023 , 16:37