Arzu olunan bədən forması üçün 7 QAYDA
05 may 2025 17:19 (UTC +04:00)

Arzu olunan bədən forması üçün 7 QAYDA

Sinqapurlu qadınlar tez-tez artıq çəkidən qurtulmaq sahəsində təsirli nəticələr nümayiş etdirirlər. Bunun sirri isə sadə, lakin təsirli vərdişlərdədir.

Lent.az xarici mediaya istinadla 7 qaydanı təqdim edir:

Niyə sinqapurlular kökəlir?

Sinqapur ləzzətli yeməklər cənnətidir, bu səbəbdən orada formada qalmaq asan deyil. Supermarketlər və küçə yeməkləri yüksək kalorili təamlarla doludur və sürətli həyat tərzi idmana vaxt qoymağa çətinlik yaradır. Lakin sinqapurlular buna qarşı düzgün strategiyalarla mübarizə aparırlar.

Sinqapurluların arıqlamaq üçün izlədiyi 7 əsas qayda

1. Gec olmadan axşam yeməyi yeyin

Sinqapurlular axşam yeməyini gec yeməməyə diqqət edirlər. Gec yatmaq bəzən gec qəlyanaltılara və ya ağır yeməyə səbəb olur.

Axşam yeməyi ən gec saat 20:00-da olmalıdır. Eyni zamanda, düyü, makaron, çörək kimi karbohidratları 75 faiz azaldaraq onların yerinə tərəvəz, toyuq filesi, hinduşka və ya balıq yeməyə üstünlük verirlər.

2. Tez yatmağa çalışın

Gecə oyaq qalmaq bədənin kortizol hormonunu ifraz etməsinə səbəb olur. Bu hormon yüksək qan təzyiqi, piylənmə və dəri problemləri ilə əlaqələndirilir. Tez yatmaq həm də gecə yemək vərdişinin qarşısını alır.

3. Sadə karbohidratlardan uzaq durun

Sinqapurlular düyü və şirin desertləri çox sevirlər, lakin onları kompleks karbohidratlarla əvəz edirlər. Kompleks karbohidratlar (yulaf, paxlalılar, qəhvəyi düyü, tərəvəzlər və s.) yavaş həzm olunur, bədəni uzunmüddətli enerji ilə təmin edir və xolesterini azaldır.

Tövsiyə olunanlar: yulaf, yoqurt, lobya, brokoli, ispanaq, qreyfrut.

4. Bol su için

Su kalorisizdir və maddələr mübadiləsini sürətləndirir, toksinləri çıxarır və immuniteti gücləndirir. Sinqapurun isti və rütubətli iqlimi bədəni tez susuzlaşdırır, buna görə gündə ən azı 8 stəkan su içmək tövsiyə olunur.

5. Qablaşdırılmış içkilərdən uzaq olun

Qablaşdırılmış içkilər (məsələn, qazlı içkilər) ləzzətli görünsə də, təkcə 300 ml-lik bir butulka çoxlu şəkər və kalori ehtiva edir. Əslində bu içkilər arıqlamağınıza mane olur.

6. Yeməkləri buraxmayın

Sinqapurda sürətli həyat tərzi səbəbindən bəzən insanlar yeməyi ötürür. Lakin yemək yeməmək çəkini azaltmır – əksinə, metabolizmi yavaşladır və bədənin yağ yığmasına səbəb olur. Ən düzgün yanaşma – porsiyaları azaltmaq və nizamlı şəkildə sağlam qidalanmaqdır.

7. Aktiv olun

İşdən sonra idman zalına getmək çətin ola bilər, amma saatlıq bir yürüş və ya parkda yüngül qaçış belə möcüzələr yarada bilər. Fiziki aktivlik həm fiziki, həm də ruhi sağlamlığın açarıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar