Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılıqları ilə bağlı cəzaların artırılması və inzibati sanksiyaların sərtləşməsi ilə əlaqədar Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edib.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
B. Muradova deyib ki, yerli icra hakimiyyəti orqanlarının nəzdindəki yerli komissiyaların səlahiyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının əsasnamələrinə dəyişikliklərin edilməsi də təklif olunub: “Təqdim etdiyimiz bu kompleks təkliflər müvafiq qurumlarla razılaşdırılmalıdır. Təkliflər razılaşdırıldıqdan sonra parlamentdə bu məsələyə baxıla və müvafiq dəyişikliklər edilə bilər. O zaman biz məişət zorakılığı ilə bağlı hüquqi çərçivələri müəyyən etmiş olarıq. İndiki halda Cinayət Məcəlləsində müvafiq maddələr olsa da, “Məişət zorakılığı haqqında” qanunda bu kimi halların sərt şəkildə cəzalandırılması ilə bağlı maddələrin daxil edilməsini zəruri sayırıq. Təkliflərimiz də bu istiqamətdədir”.
B. Muradova qeyd edib ki, 11 yaşlı uşağın ailədə seksual zorakılığa məruz qalması və uşaq dünyaya gətirməsi ilə bağlı məsələ özü də məişət zorakılığıdır: “Məişət zorakılığı təkcə fiziki baxımdan nəzərdə tutulmamalıdır. Məişət zorakılığı həm fiziki, həm iqtisadi, həm sosial, ən pisi isə psixoloji zorakılıqdır. Bir qayda olaraq ailələrin çoxunda daha çox psixoloji zorakılığa məruz qalanlar olur”.

Ailədə zorakılığa görə cəzalar sərtləşəcək
Oxşar yazılar

Önümüzdəki iki həftədə cekpot qazanacaq BÜRCLƏR: Kim inanılmaz şanslı olacaq
16 avqust 2025 , 19:00
Təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə - SIYAHI
16 avqust 2025 , 17:35
Yayda çılpaq yatmaq olmaz - Həkimdən xəbərdarlıq
16 avqust 2025 , 17:17
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
16 avqust 2025 , 13:14
Xəzər dənizində 4 bal gücündə zəlzələ oldu
16 avqust 2025 , 11:47
Əksər rayonlara aramsız leysan yağıb - FAKTİKİ HAVA
16 avqust 2025 , 10:27
Avqustun 16-da heç kimin dayandıra bilməyəcəyi 3 BÜRC: Xoş xəbərlər gələcək və...
16 avqust 2025 , 09:09