Agentlik rəhbəri 2 qudasına  yüksək vəzifə verdi
07 iyun 2024 13:11 (UTC +04:00)

Agentlik rəhbəri 2 qudasına yüksək vəzifə verdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

Lent.az "manset.az"a istinadən xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Xatırladaq ki, F. Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib.

Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4275
avatar

Oxşar yazılar