"Adviad" platforması “Start Venture” proqramının qaliblərindən biri oldu ®  -FOTO
03 oktyabr 2022 11:17 (UTC +04:00)

"Adviad" platforması “Start Venture” proqramının qaliblərindən biri oldu ® -FOTO

Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ölkənin siyasi rəhbərliyi, diplomatlar, işgüzar dairələrin nümayəndələri və tərəfdaşlarla, həmçinin AYİB-in “Star Venture” proqramının qalibi olmuş Azərbaycanın “Adviad”, “Push30” və “Recepta” startaplarının rəhbərləri ilə görüşüb.

“Star Venture” proqramının məqsədi perspektivli startapların potensialının icrasına dəstək verməkdir. Proqram ilk dəfə olaraq 2022-ci ildə Azərbaycanda, həmçinin Şərq Tərəfdaşlığına daxil olan 4 ölkədə həyata keçirilib.

Odil Reno-Basso Proqramda iştirak etmək üçün müraciət etmiş 190-dan çox iddiaçı

arasından seçilmələri münasibətilə Rasim Davudovu (Adviad), Adil Qasımovu (Push30) və Rauf Heydərlini (Recepta) təbrik edib, rəhbərlik etdikləri şirkətlərin yeniliklərə, davamlılığa və mükəmməlliyə sadiqliyini yüksək qiymətləndirib və onları sertifikatlarla təltif edib. Bankın prezidenti vurğulayıb ki, genişlənmə bacarığı və beynəlmiləlləşmə potensialı startapların seçilməsində əsas meyarlar olub.

“Adviad” – cəmi bir neçə kliklə on müxtəlif platformada eyni vaxtda reklam yerləşdirməyə imkan verən çoxkanallı reklam platformasıdır.

“Recepta” - hər bir alışda bütün kart əməliyyatları üçün rəqəmsal qəbzlərin yaradılması və yığılmasını avtomatlaşdıran, kağız qəbzlərə ehtiyacı aradan qaldıran rəqəmsal qəbz idarəetmə tətbiqidir.

“Push30” - korporativ idman imtiyazları, güzəştləri və endirimləri təklif edən platformadır. Platforma öz üzvlərinə paytaxtda və ölkənin bir neçə şəhərində fəaliyyət göstərən 70-dən çox fitness mərkəzinə limitsiz giriş imkanı yaradır.

Xatırladaq ki, yüksək potensiala malik startaplar “Star Venture” proqramı çərçivəsində 50 min avro dəyərində fərdi məsləhət və mentorluq, maliyyə və qlobal şəbəkələrə çıxış, eləcə də biznesin genişləndirilməsi imkanlarından yararlana biləcək.

Bildirək ki, “Star Venture” proqramı perspektivli startapların, akseleratorların və məsləhətçilərin öz potensiallarını üzə çıxarmasına yönəlmiş AYİB-in aparıcı proqramlarından biridir.

AYİB-in "Star Venture" proqramı Azərbaycanda Avropa İttifaqı tərəfindən dəstəklənir.

 

 

 

 

# 813
avatar

Oxşar yazılar

Şamaxıda müəllim şagirdi buna görə DÖYÜB - TƏFFƏRRÜAT

Şamaxıda müəllim şagirdi buna görə DÖYÜB - TƏFFƏRRÜAT

2 dekabr 2022 , 13:08
Azərbaycanda  ən çox qar   bu əraziyə yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ən çox qar bu əraziyə yağıb - FAKTİKİ HAVA

2 dekabr 2022 , 12:55
Sabah Bakıya yağış, rayonlara  qar yağacaq   - HAVA PROQNOZU

Sabah Bakıya yağış, rayonlara qar yağacaq - HAVA PROQNOZU

2 dekabr 2022 , 12:09
Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

2 dekabr 2022 , 09:45
5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

2 dekabr 2022 , 08:22
Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

2 dekabr 2022 , 00:30
"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

1 dekabr 2022 , 18:11
Əlisa Nicat

Əlisa Nicatın mənzilinin istilik problemi həll edildi

1 dekabr 2022 , 14:10