Abituriyentlərin NƏZƏRİNƏ : “Ballar aşağı düşməyəcək” - PROQNOZ
07 may 2021 14:35 (UTC +04:00)

Abituriyentlərin NƏZƏRİNƏ: “Ballar aşağı düşməyəcək” - PROQNOZ

"2020-ci ildən etibarən orta ümumtəhsil məktəblərində tədrisin məsafədən təşkilindəki çətinliklər proqnoz verməyə əsas verirdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə aşağı olacaq".

Bu sözləri Lent.az-ın suallarını cavablayan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, amma görünən bu oldu ki, tədrisin ənənəvi qaydada aparılmaması şagirdlərin nəticələrinə o qədər də pis təsir göstərməyib:

"Nəticələr düşünülənlərin əksi oldu və mən hesab edirəm ki, şagirdlər imtahanlarda məktəblərin nəticələri ilə yox, fərdi qaydada əldə etdikləri (daha çox repititor yanında) bilikləri ilə iştirak edirlər.

Dünən açıqlanan 15 və 16 apreldə keçirilən buraxılış imtahanında cəmi bir nəfər maksimum nəticə göstərsə də şagirdlər arasında 200 balı ötənlərin sayı çoxdur. Eyni zamanda kifayət qədər orta və yüksək nəticələr var".

Ekspert qeyd edib ki, cari il üçün gözlənilən balların aşağı düşmə ehtimalı çox aşağıdır:

"Şagirdlərin nəticələri bunu deməyə əsas verir. Biz görürük ki, şagirdlər ötən illə müqayisədə kəskin aşağı ballar toplamayıb.

Bunu da qeyd edim ki, şagirdlər ən yaxşı nəticəni azərbaycan dilindən, daha sonra xarici dildən göstəriblər. Riyaziyyat fənni nəticələrə görə sondadır. Bunun bir səbəbi isə fənnin məsafədən öyrədilməsinin çətinliyidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar