Tanınmış meyxanaçı "Qalatasaray"ın uduzmasından 144 min QAZANDI?
07 noyabr 2019 13:45 (UTC +04:00)

Tanınmış meyxanaçı "Qalatasaray"ın uduzmasından 144 min QAZANDI?

Meyxanaçı Vüqar Əbdülov mərc oyunlarından 144 min manat pul udub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Yayılan məlumatlara əsasən, meyxanaçı Vüqar Əbdülov Çempionlar liqasının qrup mərhələsinin dünən baş tutan “Real" Madrid-"Qalatasaray” oyununun 6-0 hesabı ilə başa çatacağına 3 min manat pul qoyub. Əmsalı 48 olan proqnoz düzgün çıxdığına görə, tanınmış meyxanaçı 144 min manat udub.

Onu da qeyd edək ki, meyxanaçı "Qafqazinfo"ya açıqlama verərkən xəbəri təkzib edib. Vüqar Əbdülov mərc oyunlarından pul udması barədə yayılan məlumatın yanlış olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118

Oxşar yazılar