Sabah hava çiskinli olacaq - PROQNOZ
12 noyabr 2020 13:05 (UTC +04:00)

Sabah hava çiskinli olacaq - PROQNOZ

Noyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz  10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunu,  nisbi rütubət  85-95  faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8,  gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif  və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar