Pik saatlarda avtobuslarda gedişhaqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
01 noyabr 2019 15:37 (UTC +04:00)

Pik saatlarda avtobuslarda gedişhaqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda gedişhaqlarının artırılacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, ötən gün “Xəzər TV”də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçidin tam başa çatmasından sonra gedişhaqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini deyib:

“Yəni, bu, sadəcə fikir olaraq söylənilib, ortada heç nə yoxdur. Bir gün sonra bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gedişhaqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA tərəfindən yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir”.

M.Ağayev əlavə edib ki, efirdə səslənən fikirlərin izahına gəlincə, məsələn, Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır:

“Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir.

Bir daha qeyd edirəm, qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1604

Oxşar yazılar

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

1 mart 2025 , 01:37
Ramazan ayı  başladı

Ramazan ayı başladı

1 mart 2025 , 00:01
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

28 fevral 2025 , 20:34
Sabah  güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ

Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

28 fevral 2025 , 19:31
Bakıya  qar yağır   - FAKTİKİ HAVA

Bakıya qar yağır - FAKTİKİ HAVA

28 fevral 2025 , 18:42
Azərbaycanda 110 minə  təsbeh satılır

Azərbaycanda 110 minə təsbeh satılır

28 fevral 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

28 fevral 2025 , 17:45
Daha bir gözəllik QURBANI:  botoks etdirib ölümcül xəstəlik  tapdı

Daha bir gözəllik QURBANI: botoks etdirib ölümcül xəstəlik tapdı

28 fevral 2025 , 17:17