Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürüb.
Bu barədə Lent.az-a O.Gülalıyevin yaxınları məlumat veriblər. Məlumatda bildirilib ki, artıq fond nümayəndələri hüquq müdafiəçisinə baş çəkiblər:
"Eyni zamanda, nümayəndələr dedilər ki, ehtiyac yaranarsa, O.Gülalıyevin müalicəsi üçün xarici ölkələrdən birinə göndərilməsinə dəstək veriləcək".
Qeyd edək ki, hüquq müdafiəçisini oktyabrın 29-da axşam saatlarında maşın vurub və oktyabrın 30-da əməliyyat edilib. Hazırda O.Gülalıyev Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alır.