FHN-in yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başladı
09 noyabr 2020 18:11 (UTC +04:00)

FHN-in yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başladı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

Lent.az Nazirliyin saytına istinadən xəbər verir ki, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb.

Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub.

Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951

Oxşar yazılar