Ermənilərin dəyişdirdiyi 400-ə yaxın toponim milliləşdiriləcək – YENİ SEKTOR YARADILDI
13 noyabr 2020 15:33 (UTC +04:00)

Ermənilərin dəyişdirdiyi 400-ə yaxın toponim milliləşdiriləcək – YENİ SEKTOR YARADILDI

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektoru yaradılıb. Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qara Məşədiyev sözügedən sektorun müdiri təyin edilib.

Lent.az  xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Məlumatda qeyd edilib ki, Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub.

Toponimika sektoru toponimlərin tədqiqi, işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponimin adının dəyişdirilməsi, milliləşməsi məsələləri ilə məşğul olacaq. Həmçinin işğaldan azad edilmiş rayonlarda küçələrə, meydanlara, parklara Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin adlarının verilməsi təklifini də irəli sürəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131

Oxşar yazılar