Bakıda qaz problemi yarandı  - RƏSMİ AÇIQLAMA
04 noyabr 2019 12:26 (UTC +04:00)

Bakıda qaz problemi yarandı - RƏSMİ AÇIQLAMA

Havaların soyuması ilə təbii qaza olan tələbat artıb. Ancaq abonentlərin bildirdiklərinə görə, bəzi ərazilərdə (Sabunçu rayonu, Səbail rayonu, Hövsan qəsəbəsi və s.) qazın təzyiqi kəskin azalıb. 

 “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Lent.az-a bildirib ki, problemdən xəbərdardırlar:

“Qış rejimini tənzimləmə prosesi zamanı havanın qəfildən dəyişməsi bəzi yerlərdə qazın təzyiqinin azalması ilə nəticələndi. Hazırda harada təzyiq aşağıdırsa, bununla bağlı əlaqədar qurumlar, əməkdaşlar problemi aradan qaldırmaqla məşğuldurlar. 

Qeyd edim ki, qaz təzyiqinin azalması ilə bağlı ən çox Sabunçu rayonunda, Maştağa qəsəbəsində problemlər olub. Bununla yanaşı, hazırda Səbail rayonunda problem qalmaqdadır, əməkdaşlar bunun həlli üçün çalışır”.

C.Səfərov əlavə edib ki, hazırda rejim yenidən tənzimlənir:

“Problemlər qısa müddətdə tam aradan qalxacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2020

Oxşar yazılar

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

1 mart 2025 , 01:37
Ramazan ayı  başladı

Ramazan ayı başladı

1 mart 2025 , 00:01
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

28 fevral 2025 , 20:34
Sabah  güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ

Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

28 fevral 2025 , 19:31
Bakıya  qar yağır   - FAKTİKİ HAVA

Bakıya qar yağır - FAKTİKİ HAVA

28 fevral 2025 , 18:42
Azərbaycanda 110 minə  təsbeh satılır

Azərbaycanda 110 minə təsbeh satılır

28 fevral 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

28 fevral 2025 , 17:45
Daha bir gözəllik QURBANI:  botoks etdirib ölümcül xəstəlik  tapdı

Daha bir gözəllik QURBANI: botoks etdirib ölümcül xəstəlik tapdı

28 fevral 2025 , 17:17