Azərbaycanda İLK DƏFƏ bu cihazla əməliyyat aparıldı - FOTO
05 noyabr 2019 17:31 (UTC +04:00)

Azərbaycanda İLK DƏFƏ bu cihazla əməliyyat aparıldı - FOTO

Azərbaycanda ən modern texnologiya əsasənda unikal tibbi əməliyyatların icra olunduğu Tədris Cərrahiyyə Klinikasında növbəti ilkə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölkəmizdə ilk dəfə olaraq 3D+ Laparoskopik ginekoloji əməliyyat icra edilib.

Bu barədə Lent.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cərrahiyyə əməliyyatı Klinikanın II-ci Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və komandası tərəfindən uğurla icra olunub. 3D+ formatlı kameranın yaratdığı komfortlu görüntüyə görə əməliyyat gözlənilən müddətdən daha erkən və uğurla başa çatıb və ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti dəfə innovativ təchizatdan istifadə edərək müasir əməliyyat icra ediblər.

Üçölçülü təsvirin əsas üstünlüyü ondadır ki, bu zaman həkim daxili orqanları olduğu kimi görüb daha düzgün qərar verə bilir. Orqanlar arasındakı məsafə, onların bir-birinə nisbətən yerləşməsi, dərinliyi – hər bir şey insan gözünün gördüyü kimi əks olunur. Çünki insan gözü istənilən obyekti iki rakursdan müşahidə edib birləşdirir və beynə ötürür. Beləliklə 3D təsvir yaranır. Yeni cihaz məhz bu cür üçformatlı aydın təsvir yaradır.

Kiçik dəlikdən içəri yeridilən 3D formatlı kameranın köməyilə qarın boşluğunun içi tam gözlə görünən formatda əks olunur. Bu da həkimə imkan verir ki, əməliyyatı daha dəqiq yerinə yetirsin. Sanki həkim açıq əməliyyat yerinə yetirir, amma burada insan gözünün və beyninin işini cihazlar yerinə yetirir.

3D+ Lapraskopik aparatı kameralar və optik linza sistemindən ibarətdir. Bu cihaz xəstənin daxilindəki təsvirləri 3D monitora ötürür. 3D eynəkləri isə monitordakı təsviri həcmli şəkildə görməyə imkan verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418

Oxşar yazılar

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

1 mart 2025 , 01:37
Ramazan ayı  başladı

Ramazan ayı başladı

1 mart 2025 , 00:01
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

28 fevral 2025 , 20:34
Sabah  güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ

Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

28 fevral 2025 , 19:31
Bakıya  qar yağır   - FAKTİKİ HAVA

Bakıya qar yağır - FAKTİKİ HAVA

28 fevral 2025 , 18:42
Azərbaycanda 110 minə  təsbeh satılır

Azərbaycanda 110 minə təsbeh satılır

28 fevral 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

28 fevral 2025 , 17:45
Daha bir gözəllik QURBANI:  botoks etdirib ölümcül xəstəlik  tapdı

Daha bir gözəllik QURBANI: botoks etdirib ölümcül xəstəlik tapdı

28 fevral 2025 , 17:17