Azərbaycan Təhsil Şəbəkəsi genişlənir:  şagirdlərin 93, müəllimlərin isə 89 faizi ...
04 noyabr 2019 10:13 (UTC +04:00)

Azərbaycan Təhsil Şəbəkəsi genişlənir: şagirdlərin 93, müəllimlərin isə 89 faizi ...

Bu ilin birinci yarımili ərzində Azərbaycan Təhsil Şəbəkəsinə 360-dan çox ümumtəhsil məktəbi qoşulub. Şəbəkə hazırda respublikanın 3 186 ümumtəhsil məktəbini əhatə edir. Ölkə üzrə şagirdlərin 93 faizi, müəllimlərin isə 89 faizi internetlə təmin olunub.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Təhsil Şəbəkəsi ölkənin ümumi təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən geniş intranet şəbəkəsidir. Layihənin icrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılıb.  Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan süzgəclənməsi, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Azərbaycan Təhsil Şəbəkəsi ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Şəbəkə çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək şagirdlərin ixtiyarına verilir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200

Oxşar yazılar

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

1 mart 2025 , 01:37
Ramazan ayı  başladı

Ramazan ayı başladı

1 mart 2025 , 00:01
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

28 fevral 2025 , 20:34
Sabah  güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ

Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

28 fevral 2025 , 19:31
Bakıya  qar yağır   - FAKTİKİ HAVA

Bakıya qar yağır - FAKTİKİ HAVA

28 fevral 2025 , 18:42
Azərbaycanda 110 minə  təsbeh satılır

Azərbaycanda 110 minə təsbeh satılır

28 fevral 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

Sabah hava meteohəssas insanlar üçün təhlükəli olacaq

28 fevral 2025 , 17:45
Daha bir gözəllik QURBANI:  botoks etdirib ölümcül xəstəlik  tapdı

Daha bir gözəllik QURBANI: botoks etdirib ölümcül xəstəlik tapdı

28 fevral 2025 , 17:17