Nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazlar ölçüləcək
06 sentyabr 2011 21:07 (UTC +04:00)

Nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazlar ölçüləcək

ARDNŞ-in idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların daim nəzarətdə saxlanmasını təmin etmək məqsədi ilə ARDNŞ-in Ekologiya İdarəsinin tərkibində fəaliyyət göstərən Ekoloji Ölçmə Mərkəzinə verilmiş AZS milli akkreditasiya sənədinin müddəti 1 sentyabr 2012-ci ilədək uzadılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Ekoloji Ölçmə Mərkəzi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən anoloji laboratoriyalar arasında bu sənədə layiq görülmüş ilk qurumdur.

Mərkəz hələ 2010-cu ildə AZS milli akkreditasiya sistemində texniki səlahiyyətliyə və müstəqilliyə akkreditasiya olunub və müvafiq attestat alıb. Bu yaxınlarda Ekoloji Ölçmə Mərkəzinin akkreditasiya attestatının müddətinin başa çatması səbəbindən bu sənədin müddətinin artırılması məqsədilə Ekologiya İdarəsi tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət olunub.

Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən yoxlama keçirilib və Ekoloji Ölçmə Mərkəzinin avadanlıqlarının, normativ-texniki sənədlərinin, nəqliyyat vasitələrinin ekoloji müayinələrinin beynəlxalq standart və normalar səviyyəsində aparıldığı qeyd olunub və Ekologiya İdarəsinin müraciəti müsbət cavablandırılıb. Akkreditasiya sənədinin müddətinin uzadılması Ekoloji Ölçmə Mərkəzində bütün nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların ölçülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına təsir edəcək işlərin yerinə yetirilməsi, yeni texnika və texnologiyaların sınaqlarının aparılması kimi işlərin davamlı olaraq həyata keçirilməsinə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar