“Milli kurikuluma keçid müəllimlərin potensial imkanlarını üzə çıxaracaq”
06 sentyabr 2011 17:09 (UTC +04:00)

“Milli kurikuluma keçid müəllimlərin potensial imkanlarını üzə çıxaracaq”

“Bu il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib gəlmiş 50 məktəbdən 22-si Bakı şəhəri üzrə Təhsil idarəsinin məktəbləridir. “Ən yaxşı müəllim” müsabiqəsində isə Bakı şəhəri məktəblərinin 49 nəfər müəllimi bu şərəfli ada layiq görülüb. İbtidai sinif müəllimlərinin müsabiqədə daha çox iştirak etməsi və qaliblərin çoxunun da onlar olmasının səbəblərindən biri həmin müəllimlərin milli kurikulum əsasında işləməsidir. Təhlillər göstərir ki, gələcəkdə yuxarı siniflərdə də milli kurikuluma keçid bu müsabiqələrdə fənn müəllimlərimizin potensial imkanlarını üzə çıxaracaq”.

Lent.az-ın məlumatına görə, bu sözləri BŞİH –nin müdiri Nailə Rzaquliyeva təhsil işçilərinin sentyabr konfransında etdiyi məruzədə səsləndirib. Onun sözlərinə görə, müsabiqələrin keçirildiyi müddətdə BŞTİ-nin tabeliyində olan 89 məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin, 182 nəfər müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. İbtidai təhsil səviyyəsinin son siniflərində Riyaziyyat fənni üzrə aparılan monitorinqlər müəllimlərin öz üzərində işləməsinə, yenilikləri işdə tətbiq etməsinə ciddi təkan verib”.

N.Rzaquliyeva 2011-ci il fənn olimpiadalarının respublika turunda Bakı şəhərinin məktəblilərinin fərqləndiyini deyib: “Bu turda qalib gələn şagirdlərimizin sayı 108 nəfər olub”.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293

Oxşar yazılar