Vergilər Nazirliyi müraciətlərin statistikasını açıqladı
15 iyul 2011 18:42 (UTC +04:00)

Vergilər Nazirliyi müraciətlərin statistikasını açıqladı

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı cavablandırılan müraciətlərin sayı 42 % artıb. Müfəttiş operatorlar tərəfindən cavablandırılmış sual xarakterli müraciətlər əsasən elektron xidmətlər (29%), vergi növləri (21%), hesabatlar (bəyannamələr) və onların doldurulma qaydaları (16 %), qeydiyyatla (16 %) bağlı olub.

Avtomatik rejimdə fəaliyyət zamanı daxil olan müraciətlərdən 11 min 215-i dövlət büdcəsinə olan vergi borcu, 54 min 424-ü isə vergi növləri ilə əlaqədar ümumi məlumatların alınması barədə olub. Canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən vergi hüquqpozmaları barədə daxil olmuş 174 ərizə və 50 şikayət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Bu ilin yanvar-iyun ayları ərzində telefon-məlumat xidməti tərəfindən vergi ödəyicilərinə ümumilikdə 75 min 679 olmaqla 32.324 səsli və 43.355 yazılı mesaj (SMS) göndərilməklə onların məlumatlandırılması təmin olunub.
# 446

Oxşar yazılar