128 əcnəbi Azərbaycanda I ixtisas qrupu üzrə təhsil almaq istəyir
08 iyul 2011 18:54 (UTC +04:00)

128 əcnəbi Azərbaycanda I ixtisas qrupu üzrə təhsil almaq istəyir

I ixtisas qrupu üzrə təhsil almaq istəyən abituriyentlərin 128 nəfəri xarici ölkələrin vətəndaşıdır.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir.

Qeyd edək ki, I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 10-da keçiriləcək.
I qrup üzrə 33587 abituriyent ərizə təqdim edib.
# 380

Oxşar yazılar