“Azerfon-Vodafone” rouminq qiymətlərini aşağı saldı
01 aprel 2011 14:05 (UTC +04:00)

“Azerfon-Vodafone” rouminq qiymətlərini aşağı saldı

Aprel ayının 1-dən etibarən, Azerfon-Vodafone Rusiya, Qazaxıstan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan ölkələri üçün rouminq xidmətləri üzrə daxil olan zənglərə, çıxan SMS-lərə və 1MB GPRS xidmətlərinə 50% endirim edir. Bu tarixdən etibarən qeyd olunmuş ölkələr “Azerfon-Vodafone” rouminq xəritəsində Zona 1-ə daxil ediləcək. Bununla da, “Azerfon-Vodafone” abunəçiləri MDB ölkələrinə səyahət edərkən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə rouminq xidmətlərindən istifadə edə biləcəklər. Belə ki, abunəçilər Avropa və MDB ölkələrinin daxil olduğu Zona 1 üzrə daxil olan zənglərə görə 0.50 AZN, çıxan zənglər 1.25 AZN, gələn SMS pulsuz, göndərilən hər bir SMS üçün isə 0.25 AZN ödəyəcəklər.

“Bizim məqsədimiz müştərilərimizə ən sərfəli, rahat və şəffaf rabitə xidmətlərini təqdim etməkdir. Azərbaycan vətəndaşları tez-tez MDB və Avropa ölkələrinə səyahət edirlər və buna görə də, biz MDB ölkələri üçün rouminq tariflərində 50% endirim etdik! Bizim “Vodafone”la strateji tərəfdaşlığımız bizə müştərilərimizə ən sərfəli və rahat rouminq tariflərli təqdim etmək imkanı yaradır və biz fəxr edirik ki, Azərbaycanda abunəçilərimizə ən yaxşı rominq xidmətləri göstəririk” -, deyə baş icraçı müdir cənab Yurgen Pitz bildirib.

Qeyd edək ki, Azərbaycan mobil bazarında ilk dəfə olaraq “Azerfon-Vodafone” 120-dən artıq ölkəni əhatə edən 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rominq tarifləri tətbiq edir və bu qiymətlər hər zaman www.azerfon-vodafone.com internet səhifəmizdə əks olunur.

Roaminq zonası

Daxil olan zənglər (1 dəq.)


Çıxan zənglər (1 dəq.)


1 SMS qiyməti (göndərilən)

1 MB GPRS


1

0.5

1.25

0.25

6

2

1

1.5

0.5

12

3

1.5

2.5

0.75

16

4

2

3.5

1

20

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcərdə

25 avqust 2025 , 14:14
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

Suşi rollarla bağlı əsas TƏHLÜKƏ

25 avqust 2025 , 13:30
Bakının bu ərazilərində qaz kəsilib

Bakının bu ərazilərində qaz kəsilib

25 avqust 2025 , 13:25
Leysan, şimşək, dolu  - Sabahın HAVASI

Leysan, şimşək, dolu - Sabahın HAVASI

25 avqust 2025 , 12:17
Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

Kamran Əliyev bu tarixdə qəbul keçirəcək

25 avqust 2025 , 11:26
Bakını toz bürüdü

Bakını toz bürüdü

25 avqust 2025 , 09:10
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

25 avqust 2025 , 08:22